Cəmiyyət

"Elmlər Akademiyası" metrosunda güclü su sızıntısı - YENİLƏNİB - FOTO

7 Oktyabr 2015 14:53
0 Şərh     Baxış: 5 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:53

Hadisə ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Milli.Az-a açıqlamasında hadisəni təsdiqləyib. 

Nəsimi Paşayev bildirib ki, su sızıntısı eskalatorların üzərindədir. Hal-hazırda sızıntının qarşısı alınır.

Hadisəyə səbəb binada su borusunun partlamasıdır. Binaya suyun verilməsi müvəqqəti olaraq dayandırılıb. 

Qurum rəsmisi əlavə edib ki, sərnişinlərin gediş-gəlişində heç bir problem yoxdur. 

-----------

14:48

Bakı metrosunda güclü su sızıntısı qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu dəqiqələrdə "Elmlər Akademiyası" metrosunun giriş-çıxışının tavanında güclü su sızıntısı var. 

Bu barədə saytımıza şahidlər xəbər ediblər. Hadisə yerindən fotolar göndərən sərnişinlər bildirirlər ki, stansiyanın eskalatorlarının yerləşdiyi ərazidə tavandan su axır. 

Hadisə yerinə metropolitenin işçiləri cəlb olunublar. 

Ceyhun Ələkbərov

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.