Cəmiyyət

Bakıda "Özünü və ətrafı iki təkərlə kəşf et" adlı veloyürüş keçiriləcək

7 Oktyabr 2015 15:01
Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Otellər və Restoranlar Assosiasiyasının, "CycleMania" velohərəkatının və "Baku Guide" bələdçisinin təşəbbüsü ilə 11 oktyabr 2015-ci il tarixində Bakı şəhərində "Özünü və ərtafı iki təkərlə kəşf et"/"Get to know yourself and world on two wheels" adlı veloyürüş keçiriləcəkdir.

Təşkilatçılar bu layihəni ölkədə velomədəniyyətin təbliği və dəstəyi məqsədilə hazırlayıblar. Xüsusilə də layihə veloturizmin bir sağlam həyat tərzi və insanların asudə vaxtının səmərəli keçirilməsi vasitəsi olaraq, bununla tarixi-memarlıq abidələrinin və digər turistik məkanların öyrənilməsində vacibliyinin və səmərəliliyinin təbliğini əhatə edir. Eyni zamanda biz velosipedçilər üçün şəhər infrastrukturunun təkmilləşməsini dəstəkləyirik.

Velosiped ekoloji cəhətdən təmiz və alternativ nəqliyyat vasitəsi olaraq avtomobillər üçün qadağa olmuş məkanlara daxil olmaq imkanı yaradır, bununla veloturistlərə turistik məkanları doyunca gəzməyə şərait yaradır. Eyni zamanda veloturizmin yayılması qısa müddət ərzində daha çox turistik məkanları, tarixi-memarlıq abidələrini gəzməyə imkan yaradır.

Layihəyə qoşulan və bizi dəstəkləyən bütün iştirakçılara biz təklif edirik ki, veloturistləri həvəsləndirərək onlar üçün xüsusi imkanlar yaratsınlar. Bunlar sırasında veloturistlər üçün müxtəlif endirimlərin təklif edilməsi, velosipedlərin icarəsi və yaxud əlavə xidmətlərə daxil edilməsi, velosipedlər üçün dayanacaqların və xırda texniki dəstək imkanlarının yaradılmasıdır.

Təyin edilmiş veloyürüş irimiqyaslı layihənin başlanğıcıdır. Otellər və Restoranlar Assosiasiyası Baku Guide bələdçisi, CycleMania hərəkatı və bir sıra digər təşkilatlarla birgə ölkə üzrə yeni marşrutlar, dayanacaq yerləri, mədəniyyət və turizm məkanlarını işləyib hazırlayırlar. Eyni zamanda şəhərlərdə və magistral yollar boyunca veloturistlər üçün infrastrukturun yaradılması və təkmilləşməsi istiqamətində müxtəlif dövlət və özəl sektor təşkilatlarına müraciətlər edərək bu işin tezliklə həllinə çalışırlar.

11 oktyabr 2015-ci il tarixində keçiriləcək veloyürüşdə iştirak etməyə hamını dəvət edirik.

Marşrut Bakı şəhərində Dövlət Bayraq Meydanında başlayaraq, şəhərin bir sıra görkəmli məkanlarından, o cümlədən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən keçəcək. Start saat 8.30-da (Dövlət Bayraq Meydanı), finiş saat 11.00-da (Boulevard Hotel/Yeni Bulvar) nəzərdə tutulur.

Marşrutun sonuncu nöqtəsi Boulevard Hotel-də (Yeni Bulvar / Ağ şəhər) KİV nümayəndələri və bütün maraqlı şəxslər üçün mətbuat konfransı keçiriləcəkdir. Bütün KİV nümayəndələrini iştirak etməyə dəvət edirik və xahiş edirik, 012 4347877 / 0502550001 telefonlarına zəng edərək və yaxud [email protected] elektron poçt vasitəsilə iştiraklarını təsdiqləsinlər. Mətbuat konfransı maraqlı açıqlamalarla, müzakirələrlə və qəhvə fasilələrilə müşayiət ediləcək.

Veloyürüşün partnyorları: Azərbaycan Velosiped İdmanı Federasiyası, İntourist Hotel Baku, Boulevard Hotel Baku.

İnformasiya dəstəyi: Trend, Milli.Az, Day.Az, Today.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.