Cəmiyyət

Türkiyə SQ-nin Baş Qərargah rəisinin Trend-ə müsahibəsi Türkiyə KİV-də böyük maraq doğurub - VİDEO - FOTO

7 Oktyabr 2015 14:44
Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Hulusi Akarın Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi və türkdilli ölkələrin ümumi ordusunun formalaşdırılması barədə bəyanatı Türkiyə mətbuatında böyük maraq doğurub.

Türkiyənin İHA xəbər agentliyi, "Bugün" və "Akşam" qəzetləri müsahibəni "Türklərin ortaq ordusu olacaqmı?" başlığı ilə dərc ediblər.
 
Türkiyənin ən populyar qəzetlərindən biri "Haber7" H.Akarın müsahibəsini "Türklər öz ordularını yaradır - Rusiyanın narahat olmasına əsas var" başlığı ilə dərc edib.
 
Bu KİV-lərdən başqa, STAR, "YeniAkit", "GazeteSiz", "Cafesiyaset", "Beyazgazete" və "Türkiye Gazetesi" də müsahibəni dərc edib.
 
Bundan əlavə, H.Akarın türkdilli ölkələrin ümumi ordusunun formalaşdırılması barədə bəyanatı əsasında videoçarx hazırlanıb. Videoçarx "YouTube" videoservisində yerləşdirilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.