Cəmiyyət

Sinoptiklərdən XƏBƏRDARLIQ

7 Oktyabr 2015 13:14
13 Şərh     Baxış: 4 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hava şəraiti dəyişəcək, sabah Bakıda güclü külək əsəcək, oktyabrın 9-da isə havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əcəcək.

Havanın temperaturu gecə 16-19, günün birinci yarısında 20-23, ikinci yarısında 15-17 dərəcə isti olacaq.

Oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, 9-da havanın tempeturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir. Bu da meteohəsas insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında oktyabrın 8-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.