Cəmiyyət

Hamiliyə götürülmüş tələbələrlə görüşdülər - FOTO

7 Oktyabr 2015 13:56
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il iyulun 27-də imzaladığı "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında" Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də tədbirlər planı hazırlanıb. Həmin Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı nazirliyin əməkdaşları Naxçıvan Dövlət Universitetinin ekologiya və coğrafiya müəllimliyi ixtisaslarında təhsil alan tələbələrilə görüş keçiriblər.

Milli.Az bildirir ki, NDU-nun Mətbuat şöbəsinin əməkdaşı Mina Qasımovanın verdiyi məlumata görə, Naxçıvan Dövlət Universitetinin "Cografiya" kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli  çıxışında 27 iyul 2015-ci il tarixli sərəncamın Azərbaycan təhsil tarixindəki mühüm əhəmiyyətindən bəhs edərək,  sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. "Naxçıvan təbiət muzeyidir", - deyən natiq Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafiyasının tarixini və qədimliyinin səbəblərini izah edib, təbii sərvətlərdən düzgün faydalanmağın əhəmiyyətindən bəhs edib. Alim bir faktı xüsusilə nəzərə çatdırıb ki: "Rusiyada çapdan çıxan "Coğrafiya Ensiklopediyası"nda yazılır ki, Naxçıvan MDB məkanında yaşamaqda olan ən qədim şəhərdir və bu, məhz Naxçıvanın zəngin təbii sərvətləri olması ilə əlaqədardır. Atmosfer havasının və içməli suyun mühafizəsi, eləcə də ekoloji problemlər BMT-nin birinci qlobal problemi sayılmaqdadır. Bizim Muxtar Respublikada apardığımız tədqiqatlar isə onu göstərir ki, Naxçıvanda ekoloji gərginlik yox dərəcəsindədir. Bu da həmin sahəyə göstərilən düzgün islahatın nəticəsidir".

Nazirliyin İstehsalın təşkili və planlaşdırılması şöbəsinin müdiri Mayis Əliyev,  bioloji mühit və təbii sərvətlərdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Qadir Quliyev, həmçinin nazirliyin baş məsləhətçisi Kamran Əliyev çıxışlarında bildiriblər ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi hazırlıqlı, bilikli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır. Nazirliyin əməkdaşları həmçinin, Naxçıvan MR-da əlverişli ekoloji mühitin yaradılması sahəsində ardıcıl tədbirlər görüldüyünü, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasının diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıblar. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində mühüm tədbirlər görülüb, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılıb.

"Tələbələrin gələcəyin peşəkar geoloqu, ekoloqu, hidroloqu, meteoroloqu, landşaftşünası və s. kimi formalaşmasında, ixtisaslı məzunların işlə təmin olunmasında bu Sərəncamın çox böyük tarixi əhəmiyyəti var və bu Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun gənclərə göstərdiyi qayğının bariz numunəsidir", - bu fikirləri tələbələrlə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin müdiri Əli Vəliyev səsləndirib. Natiq həmçinin yeraltı və yerüstü sərvətlərlə zəngin olan Naxçıvan diyarının geoloji cəhətdən daha ətraflı öyrənilməsinin vacibliyini də qeyd edib.

Qeyd edək ki, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli coğrafiya ixtisasında təhsil alan tələbələrin çöl təcrübələrinin (Əvvəlcə universitetin müəllimləri tərəfindən aparılırdı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbə və əməkdaşları ilə birlikdə aparılması təklifi ilə çıxış edib və irəli sürülən təklif müsbət qarşılanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.