Cəmiyyət

Həcc ziyarəti üçün çəkilən xərclər hara gedir?

7 Oktyabr 2015 11:21
26 Şərh     Baxış: 2 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Suleymin həcc ziyarətinin pulsuz olması ilə bağlı səsləndirdiyi fikirlərdə ziddiyyət var. Ərəbistan tərəfi zəvvarlardan yalnız viza üçün pul tələb etməyə bilər. Qalan məsələlərdə isə pul tələb olunur".

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Ərəbistan səfirinin "Səudiyyə Ərəbistanı Krallığı zəvvarlardan 1 rial da almır" məsələsinə fikir bildirərkən deyib. Onun sözlərinə görə, səfirin bu sözündə ziddiyyət var.

"Həcc ziyarəti üçün çəkilən xərclər hara gedir? Təbii ki, Səudiyyə Ərəbistanına gedir. Bu pullar Azərbaycanda qalmır. Yola, zəvvarların qalması üçün otellərə xərc çəkilir. Torpaqbasdı üçün vergi verilir. Biletlərin pulu, orada nəqliyyata çəkilən xərclər həcc ziyarəti üçün alınan pullardan xərclənir. Orada qurulan çadırlar, avtobus xərcləri və s. bunların hamısı puldur və Səudiyyə Ərəbistanının büdcəsinə gedir", - deyə Müqəddəs Payızov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, həcc ziyarəti üçün 5-6 min xərc çəkilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.