Cəmiyyət

Bakıda damları kimlər qırlamalıdır? - VİDEO

6 Oktyabr 2015 22:06
5 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havaların soyuması və yağışın yağması qışa hazırlıq məsələsini aktullaşdırıb. Bu məsələlərdən biri də hündürmərtəbəli binaların dam örtüklərinin xüsusi üzlüklər vasitəsi ilə üzlənməsidir. Görəsən mənzillərinə yağış suyu daxil olan sakinlər nə etməlidir?

Yağış yağdı, evə su doldu. Paytaxtdakı bu beşmərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən mənzildə yaşayanlar hər yağış yağanda eyni problemlə üzləşir. Çünki, binanın tol və qırdan olan dam örtüyü yararsız vəziyyətdədir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki,  bənzər problem təkcə bu mənzildə yox, bəzi yaşayış binalarının sonuncu mərtəbəsində yerləşən evlərdə də özünü göstərir. Sakinlər isə vəziyyətdən çıxış yolu kimi bir sıra vasitələrdən istifadə edirlər.

Əslində isə binaların dam örtüyünə üzlüklərin vurulması işləri Mənzil-Komunal İstismarı Sahələri tərəfindən aparılmalıdır. Ancaq sakinlər bildirirlər ki, Mənzil-Komunal İstismarı Sahələri onların bu müraciətlərinə reaksiya vermir. Mənzil-Komunal İstismarı Sahələrindən isə bildirilir ki, binaların dam örtüyünün üzlənməsi yalnız daxil olan müraciətlər əsasında aparılır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.