Cəmiyyət

Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO

6 Oktyabr 2015 22:02
19 Şərh     Baxış: 3 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda daha bir toyda maraqlı hadisə baş verib.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bu gün Lənkəranın Şirinsu kəndindən Yardımlıya doqquz "KAMAZ"dan ibarət toy karvanı yola düşüb. 

Toyun səbəbkarı 26 yaşlı Ramil Əkbərov yük maşınının sürücüsü olduğu üçün maraqlı ideya həyata keçirib.

Belə ki, Yardımlı rayonuna qız gətirməyə gedən toy karvanında bu dəfə avtomobilləri 9 "KAMAZ" əvəzləyib. Xüsusi bəzədilən "KAMAZ" karvanı həm dağ yolunda daha rahat hərəkət edib, həm də bəy və gəlin üçün unudulmaz bir xatirə kimi yaddaşlara həkk olunub.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.