Cəmiyyət

Cəlilabadda ev partladı: yaralılar var - FOTO

6 Oktyabr 2015 20:31
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunda fərdi evdə partlayışla müşayiət olunan yanğın baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə oktyabrın 6-da saat 17.00 radələrində rayonun Uzuntəpə kənd sakini Valeh İsaxan oğlu Sadıqova məxsus birmərtəbəli evdə qeydə alınıb.  
 
Yanğın  baş verən zaman evdə yol tikintisində çalışan 10  nəfərə yaxın fəhlə istirahət edirmiş. Hadisədən dərhal sonra onlar evdən çıxmağa cəhd etsələr də,  4 nəfər müxtəlif  dərəcəli yanıq xəsarətləri alıb. Həmin şəxslər Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  
 
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvə cəlb olunub. Nəticədə 3 otaq və iki eyvandan ibarət evin müəyyən hissəsi qismən yanğından mühafizə edillib.  Evin  qalan hissəsi isə içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.  
 
İlkin versiya kimi yanğına elektrik məişət cihazlarından birində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.