Cəmiyyət

Rusiyalı qrossmeyster Vüqar Həşimovun xatirəsini yad etdi - FOTO

6 Oktyabr 2015 18:49
1 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahmat üzrə "Dünya Kuboku 2015"-in qalibi, rusiyalı qrossmeyster Sergey Karyakin Vüqar Həşimovun xatirəsini yad edib.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dünya Kubokunun yeni sahibi Rusiyaya yola düşməzdən əvvəl yaxın dostunun, Azərbaycan qrossmeysteri V.Həşimovun xatirəsini yad edib, məzarı üzərinə çiçəklər düzüb.

Qeyd edək ki, rusiyalı qrossmeyster final görüşündən sonra keçirilən mətbuat konfransında Dünya Kubokunda qələbəsini dostu V.Həşimova həsr etdiyini deyib:

"Dünya Kuboku zamanı Bakıda dostlarımın düşündüyümdən çox olduğunun şahidi oldum. Mötəbər yarışdakı qələbəni dostum Vüqar Həşimova həsr edirəm. Mən onu heç vaxt unutmuram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.