Cəmiyyət

"14-15 yaşlı qızları və oğlanları “padval”a yığıb, onlara tərbiyəsiz hərəkətlər göstərirlər"

3 Oktyabr 2015 19:36
22 Şərh     Baxış: 9 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oda Teatrı xalq artisti Ramiz Məliki məhkəməyə verir. 

Milli.Az telegraf.com-a istinadən xəbər verir ki, buna münasibət bildirən Ramiz Məlik bildirdi ki, lisensiyasız fəaliyyət göstərən teatrın onu məhkəməyə verməsindən narahat deyil. 

Xalq artistinin sözlərinə görə, o teatrda gəncləri əxlaqsızlığa sürükləyirlər: "Qoy məhkəməyə versinlər və məhkəmədə onların bütün sifətlərini  açıb göstərəcəm. Hətta onlardan təzminat tələb edib,  şəhid  olmuş Azərbaycan əsgərlərinin ailələrinə verəcəm.  Ayaz Salayevin gənc qızları tamaşada açıq-saçıq çəkməsinin əleyhinəyəm. Onlara hətta demişəm ki, siz əxlaqsızlıqla məşğulsunuz, qzılarımızı əxlaqsızlığa sürükləyirsiniz. Bu mənim vətəndaşlıq hüququmdur. Onlar  homoseksuallardan, "mavi"lərdən tamaşa qoyub, adını da "Suriya" qoyublar. Məgər, Suriyada baş verənlərin həyatından tamaşa hazırlaya bilməzdilər? 14-15 yaşlı qızları və oğlanları "padval"a  yığıb, onlara tərbiyəsiz hərəkətlər göstərirlər.  "MimOda 18" tamaşasında da bu oyunlardan  çıxırlar. Bizim mentalitetimiz var və bura Azərbaycandır" 

Qeyd edək ki, Oda Teatrının rəhbəri Elmin Bədəlov bildirib ki, R. Məlik ikinci dəfədir ki, onları təhqir edir və  bu böhtanlara görə, onu məhkəməyə verəcəklər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.