Cəmiyyət

Bakıda qadın vuruldu, xəstəxanada öldü

3 Oktyabr 2015 19:33
0 Şərh     Baxış: 3 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobil vuran piyada xəstəxanada dünyasını dəyişib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsində Bakı şəhər sakini Röyal İsayev idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən şəhər sakini 1954-cü il təvəllüdlü Səkinə Hacıxanovanı vurub. Sürücü yaralı qadını avtomobilinə qoyaraq xəstəxanaya çatdırıb. Həkimlər yaralı qadına lazıma tibbi göstərməsinə baxmayaraq S.Hacıxanovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi araşdırma aparır.

Bakıda sonuncu oxşar hadisə Suraxanı rayonunda qeydə alınmışdı. Paytaxt sakini 57 yaşlı Tamella Murtuz qızı Babayeva yolu keçmək istəyərkən onu maşın vurmuşdu.

Yaralı dərhal təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılmışdı. Daha sonra xəstəxanadan bildirmişdilər ki, Tamella Babayeva daxil olarkən artıq dünyasını dəyişibmiş.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.