Cəmiyyət

Erməni kəşfiyyat-təxribat qrupu məhv edilib

5 Sentyabr 2015 21:02
26 Şərh     Baxış: 4 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra işğalçılar avtomat və silahın darağını ataraq geri çəkilməyə məcbur edilib.

İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.