Cəmiyyət

"BakuBus" 1 nömrəli marşrut xətti istifadəyə verəcək

5 Sentyabr 2015 17:34
3 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 7-də "BakuBus" MMC yeni 1 nömrəli marşrut xəttini istifadəyə verəcək. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Fransa istehsalı olan "İveco" avtobuslar 1 saylı xətt üzrə "28 May" metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçib və Koroğlu metro stansiyasına hərəkət edəcək. Uzunluğu 17,7 km olan  marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərəcək. 

"BakuBus" MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart" vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart" terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart" loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart" ödəniş kartları - məhdud istifadə üçün kağız "BakıKart"ları və daimi istifadə üçün plastik "BakıKart"ları mövcuddur.
 
"BakıKart"la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.
 
"BakuBus" MMC əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.