Cəmiyyət

Bakıda "Gülməli kürəciklər"dən hər bir uşağa hədiyyə

5 Sentyabr 2015 14:28
0 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ilk dəfə olaraq noyabrın 14-15-də Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində payız tətillərinin ən çox gözlənilən premyerası - "Gülməli kürəciklər" ("Смешарики") adlı lisenziyalı tamaşa göstəriləcək.

Trend-in məlumatına görə, sevimli personajlar bu cizgi filminin aktyorları tərəfindən səsləndirilir, hər bir uşaq isə hədiyyə olaraq kürəcik alacaq.

Rusiyanın "Gülməli kürəciklər" cizgi filmi ümumi auditoriya üçün nəzərdə tutulub. Serial gülməli kürəciklərin macəralarından bəhs edir. Qeyri-adi şarabənzər canlılar Böyük Dünyadan dəniz vasitəsilə ayrılmış "Gülməli kürəciklər" ölkəsində yaşayırlar. Onlar böyük dost kollektiv şəklində yaşayır, müxtəlif gündəlik işlərlə məşğul olur, bəzən qeyri-adi, nadir hallarda isə təhlükəli vəziyyətə düşür və onlardan orijinal yolla çıxırlar.

Biletləri şəhərin bütün kassalarından əldə etmək olar. Biletin qiyməti 6-16 manat arasında dəyişir. Kollektiv sifarişlər üçün telefon nömrəsi: (050) 9910050.

İnformasiya dəstəyi - TREND, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.