Cəmiyyət

Məmmədqasımlıya da qaz verdilər

5 Sentyabr 2015 14:10
2 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Zərdab rayonunun Məmmədqasımlı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR rəhbərliyinin təmsilçiləri, Ucar rayon İcra Hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

SOCAR prezidentinə məruzə edilib ki, 407 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1205 metr olan müxtəlif diametrli polietilen və 34 899 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 407 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

İctimaiyyət nümayəndələri və kənd sakinləri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.