Cəmiyyət

Azərbaycan bayrağını zibilliyə atdılar – VİDEO - FOTO

5 Sentyabr 2015 13:50
23 Şərh     Baxış: 6 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook sosial şəbəkəsində Azərbaycanın üçrəngli bayrağının zibillikdən asıldığını əks etdirən video və fotoşəkillər yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumatı bölüşən Yusif Məmmədli adlı istifadəçi yazır ki, bayraq əvvəlcə zibil yeşiyində imiş.

Yusif deyir ki, bayrağı Yasamal rayonu ərazisində "Saf su" adlanan sudoldurma məntəqəsinin arxasında aşkarlayıb.

Həmin zibillikdən şüşə butulka toplayan bir gənc bayrağı qaldıraraq, ağaca asıb. Daha sonra bayrağı götürən Yusif onu öz iş yerinə gətirib.

Hazırda bayraq Qarabağ müharibəsi iştirakçısının evindədir.

"Kimisi bu bayrağı ölkədə və xaricdə yüksəklərə qaldırır, kimisi də Vətənin içində zibilliyə atır", - deyə, istifadəçi yazıb.

Milli.Az

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.