Cəmiyyət

Qurban Yetirmişli: "Dünəndən 50-ə yaxın afterşok qeydə alınıb"

5 Sentyabr 2015 12:56
0 Şərh     Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünəndən bu günə 50-ə yaxın afterşok baş verib. Bunlar zəif təkanlardır. Proses gedir və enerji boşalır".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q. Yetirmişli qeyd edib ki, güclü zəlzələ gözlənilmir:

"Hiss olunan təkanlar ola bilər və bu mümkündür. Amma dünənki gücdə zəlzələ təkrar oluna bilməz. Hazırda yer daxilində gedən proseslər davam edir, insan kimi yer də nəfəs alır. Amma həmin ocaqda yenidən yeddi bal gücündə zəlzələ olmayacaq".

Qeyd edək ki, dünən səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.