Cəmiyyət

Paytaxtda sürücülərə və əhaliyə müraciət OLUNDU

5 Sentyabr 2015 12:49
2 Şərh     Baxış: 1 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yeni alınmış avtobuslar yaxın vaxtlarda istifadəyə veriləcək

Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakının avtomobil yollarında təhlükəsizliyin artırılmasına yönəldilmiş tədbirləri açıqlayıb.

Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC-dən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər barədə" I №-li Protokolunun icrası ilə əlaqədar Nəqliyyat Nazirliyinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) müvafiq tapşırıqları əsasında, "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC-i tərəfindən DANX-nin Bakı Regional şöbəsinin iştirakı ilə birlikdə bu istiqamətdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə müvafiq işlər görülür.

Bakı şəhərində şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə optimallaşdırılma işləri aparılır. Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 saylı qərarına əsasən Bakı Şəhəri İcra Hakimiyyətinin tabeliyində yaradılmış  "Baku Bus" MMC-yə məxsus yeni alınmış və əhalinin istifadəsinə veriləcək müasir standartlara cavab verən "İveco" markalı avtobusların marşrut xətləri müəyyənləşdirilib və yaxın vaxtlarda bu nəqliyyat vasitələri mərhələlərlə marşrut xətləri üzrə istismara verilməsi nəzərdə tutulub.

Yeni tədris ilinin başlaması ilə əlaqədar fəaliyyətdə olan marşrut xətlərinə tələbata uyğun sayda avtobusların buraxılması, marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəllərinə və hərəkət sxemlərinə riayət olunmasına nəzarət  gücləndirilib.

Bununla əlaqədar olaraq, sərnişin daşımalarında təhlükəsizliyin təmin edilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı Bakı şəhər üzrə avtobusla sərnişin daşımalarına cəlb edilmiş bütün daşıyıcılara tabeliklərində olan sürücülərin yol-hərəkəti, sərnişin daşıma və təhlükəsizlik qaydalarına riayət etmələrinə, avtobusların yolda müəyyən edilmiş sürət həddini aşmaması ilə bağlı, həmçinin istismarlarında olan avtobusların texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi, sürücülərin iş rejiminə və iş qrafikinə nəzarətin gücləndirilməsi üzrə rəsmi qaydada müvafiq tapşırıqlar verilib.

Bakı şəhərində nəqliyyat sıxlığı yaranan ən problemli ərazilərdə, xüsusilə H.Əliyev pr.-Koroğlu m/st, Q.Qarayev pr.-Q.Qarayev m/st, Q.Qarayev pr.-Neftçilər m/st,  Q.Qarayev pr.-Xalqlar dostluğu m/st, M.Hadi küç. Əhmədli m/st, A.M.Şərifzadə pr.-İnşaatçılar m/st, S.Sani Axundov Azadlıq m/st, M.Əliyev küç. Bolluq bazarının qarşısı, Şıxəli Qurbanov küç. XİN-nin qarşısı, Moskva pr.-20Yanvar m/st, C.Cabbarlı küç. Nizami m/st, Ağa-Neymətulla küç. Nərimanov m/st. K/T, Təbriz küç. Nərimanov parkının ətrafı, S.Rəhimov küç. Dəmiryolu kassasının qarşısında müşahidə olunan qayda pozuntularının qarşısının alınması ilə bağlı Cəmiyyət üzrə operativ qruplar yaradılıb və qanunsuz dayanma-durmalarının qarşısının alınması istiqamətində qanuna müvafiq tədbirlər görülür.

Bakı şəhərində sərnişin daşıma fəaliyyəti ilə məşqul olan taksi və digər nəqliyyat vasitələrinin sürücülərinin nəzərinə çatdırılır ki, sürücü mədəniyyətinə riayət edərək "Yol hərəkəti qaydalarının 52-ci maddəsinin tələblərinə riayət edərək avtobus dayanacaqlarında öz nəqliyyat vasitələrinin dayanma-durma hallarına yol verməsinlər.

Bu sürücülər bilməlidirlər ki, istifadə etdikləri avtonəqliyyat vasitələri ilə marşrut xətlərindəki müəyyən edilmiş avtobus dayanacaqları ərazisində durduqları müddət ərzində marşrut xətləri üzrə işləyən avtobusların dayanacaqlara daxil olmasına maneçilik törədilir, avtobuslar məcburiyət üzündən yol xəttində saxlamalı olur ki. Bu da öz növbəsində avtobusdan  düşən və minən sərnişinlər və digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradır. Belə hallar çox zaman yol-qəza hadisələrinin baş verməsinə səbəb olur.

Eyni zamanda qurum Bakı şəhərində yol-hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əhalidən bunları xahiş edir:

Dayanacaqlarda avtobuslardan düşərkən yolun əks istiqamətinə keçmək üçün avtobusun qarşısından keçməsinlər;

Yollarda müəyyən edilmiş yerlərdəki keçid zolaqlarından, konstruktiv inşa edilmiş yeraltı və ya yerüstü piyada keçidlərindən  istifadə etsinlər;

Yolda yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qəflətən qarşısına çıxmasınlar;

Dayanacaqlarda avtobus gözləyərkən səkidən yol xəttinə çıxmasınlar;

İşıqforun  və nizamlayıcının işarələrinə riayət etsinlər;

Hərəkət intensivliyi çox olan yolların yaxınlığında yerləşən Tədris müəssisələrinə az yaşlı məktəbli uşaqların getmələrini nəzarətsiz qoymasınlar;

O da qeyd olunub ki, avtobus sürücüsü tərəfindən nəqliyyat vasitəsinin təhlükəli idarə etdikdə, sürətlə sürdüyü və həmçinin etik davranış qaydalarına riayət etmədiyi təqdirdə cəmiyyətin internet saytı və yaxud (012)-561-76-29, 561-76-28 telefon nömrələri vasitəsilə bu sürücü barəsində məlumat verilsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.