Cəmiyyət

Bakı metrosunda nasazlıq yarandı

5 Sentyabr 2015 10:54
1 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində ləngimə baş verib. Belə ki, "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "20 Yanvar" stansiyasına 10 dəq intervalla çatıb.

Milli.Az azvision.az-a istinadənistinadən bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin dediyinə görə, bu gün səhər saatlarında 39 saylı marşrut qatarı "Azadlıq" stansiyasında nasazlıq olub.

QSC rəsmisi bildirib ki, sərnişinlər boşaldılıb və qatar depoya gedib: "Bir qatar xəttən çıxdığı üçün interval bu qədər uzanıb. Depodan onun yerinə qatar verilib. Bir qatar çıxdığına görə interval 10 dəqiqə olub. Nasaz qatarın yerinə depodan qatar veriləndən sonra isə qrafik tam bərpa olunub"-deyə N.Paşayev vurğulayıb
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.