Cəmiyyət

Göygöldə qadın ot tayasından yıxıldı

5 Sentyabr 2015 10:52
1 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöl sakini ot tayasından yıxılaraq ciddi xəsarətlər alıb. Hadisə bu gün gecə saatlarında rayonunu Çaylı kəndində baş verib. 

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, 49 yaşlı Lalə Rzayeva həyatyanı sahələrində yığılıb qalan ot tayasında iş görərkən ehtiyatsılıq edib və yıxılıb. 
Nəticədə qadın təpə nahiyəsinin dərin çapılması və sıyrılması yaraları ilə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralının həyatı təhlükəsi aradan qaldırılıb. 
Faktla bağlı Göygöl polisi araşdırma aparır. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.