Cəmiyyət

Bakıda xəstəxanada daha bir faciə - FOTO

4 Sentyabr 2015 20:15
24 Şərh     Baxış: 8 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 29-u dünyaya gələn uşaq doğuş zamanı travma alıb.

Milli.Az xəbər verir ki, bu haqda anspress-ə körpənin valideynləri məlumat verib. Onların sözlərinə görə, uşağın anası Kosayeva İlkanə avqustun 28-də 3 saylı Suraxanı rayon doğum evinə yerləşdirilib. Avqustun 29-da isə onun körpəsi dünyaya gəlib.

Uşağın atası bildirir ki, həkimlər doğuşun normal keçdiyini, ana ilə uşağın vəziyyətinin yaxşı olduğunu bildiriblər. Lakin ailə üzvləri uşağın vəziyyətinin heç də yaxşı olmadığını müşahidə ediblər.

Valideynlərin sözlərinə görə, doğuş zamanı həkim səhlənkarlığı nəticəsində uşaq başından zədə alıb. Körpənin atası İlkin həyat yoldaşının müntəzəm olaraq muayinədən keçdiyini və onun sağlamığı ilə bağlı heç bir narahatçılığı olmadığını deyib.

Məsələni şərh edən Suraxanı rayonu 3 saylı doğum evinin ginekoloqu Sevda Abdulova isə ananın təbii yolla uşaq dünyaya gətirməsinin mümkünsüz olduğunu deyib. "Bu barədə xəstənin yaxınlarına məlumat verdik, lakin son anda onlar həkimin təklifi olan qeysəriyyə əməliyyatına razı olasalar da artıq bunu etmək gec idi. Uşaq travma ilə doğuldu".

Həkimin sözlərinə görə bundan sonra xəstənin yaxınları xəstəxanada problem yaradaraq asayişi pozduqlarına görə, sentyabrın 3-ü xəstəxana tərəfindən polisə şikayət ərizəsi təqdim olunub.

Hazırda körpə Hüseyn Kosayev K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsindədir. Körpəni müayinə edən uşaq həkimi Tahirova Sevda açıqlamasında onun vəziyyətinin hazırda stabil-ağır olduğunu bildirib.

Məsələ ilə bağlı Kosayevlər ailəsi Səhiyyə Nazirliyinə şikayət ərizəsi ünvanlayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.