Cəmiyyət

Qonşunun toyu ailəni xəsarət almaqdan xilas etdi - FOTO

4 Sentyabr 2015 17:55
7 Şərh     Baxış: 7 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəpəz TV (Region TV) xəbər verir ki, zəlzələ qərb bölgəsində aydın hiss olunub. Belə ki, Tovuz rayonunun Ağdam kəndində toy şənliyinə hazırlaşan sakinlər zəlzələ zamanı daha çox həyəcanlanıblar.

Təbiət hadisəsi zamanı 60 yerlik kənd bağçasında çatlar yaranıb, binanın müxtəlif hissəsindən daş parçaları qopub düşdüyündən bağçanın işi dayandırılıb və uşaqlar valideynlərinə təhvil veriliblər.

İki dəfə baş verən güclü titrəyiş zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Kənd sakini Qalib Bağırovun yaşadığı evdə də zəlzələ iri çatlar yaradıb. Onlar qonşuluqda toy mağarında olduğundan hər hansı zərər görməyiblər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.