Cəmiyyət

Avqust ayında hansı dövlət qurumu fərqləndi?

4 Sentyabr 2015 17:40
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb. 

Milli.Az bildirir ki, 2015-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 7994 xəbər yerləşdirilib. 7994 xəbərdən 7514-ü neytral, 86-ı mənfi, 394-ü isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasında üç komitə xüsusilə "seçilib": Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Konitəsi (37 xəbər), Dövlət Gömrük Komitəsi (18 xəbər) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (17 xəbər). Müsbət xəbərlərdə isə böyük üstünlüklə liderlik Dövlət Gömrük Komitəsinə (368 xəbər) məxsusdur. 

Xəbər sayına görə sıralama:

1. Dövlət Statistika Komitəsi -  2184 xəbər
2. Dövlət Gömrük Komitəsi - 1719 xəbər
3. Əmlak Məsələləri Dövlət Komitəsi - 969 xəbər
4. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 903  xəbər
5. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi - 871 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1060 xəbər dərc edilib. 1060 xəbərdən 1024 xəbər neytral, 6 xəbər mənfi, 30 xəbər isə müsbətdir. 

Qəzetlərdə Əmlak Məsələləri Dövlət Komitəsi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi barədə ay ərzində 2 mənfi xəbər yazılıb. Müsbət xəbərlərin əksəriyyəti isə Dövlət Gömrük Komitəsinin (20 xəbər) işı ilə bağlıdır.

Xəbər sayına görə sıralama:

1. Dövlət Statistika Komitəsi - 306 xəbər
2. Dövlət Gömrük Komitəsi - 175 xəbər
3. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 168 xəbər
4. Əmlak Məsələləri Dövlət Komitəsi - 136  xəbər
5. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi - 98 xəbər

Avqust  ayında televiziya kanallarında komitələr haqqında 95 xəbər göstərilib:

1. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 22 xəbər
2. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi - 21 xəbər
3. Əmlak Məsələləri Dövlət Komitəsi - 15 xəbər
4. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi - 14  xəbər
5. Dövlət Statistika Komitəsi - 9 xəbər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.