Cəmiyyət

Zəlzələ Şəkinin daha iki kəndinə ziyan vurub: bağça tamamilə dağılıb

4 Sentyabr 2015 17:20
3 Şərh     Baxış: 3 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkinin daha iki kəndi zəlzələdən ziyan görüb.

Kanal S (Region TV) xəbər verir ki, Bolludərədə uşaq bağcası tamamilə dağılıb, taxıl anbarı isə qəzalı vəziyyətə düşüb. Həmçinin evlərə də ziyan dəyib, əksər evlər dağılıb. Qaratorpaqda evlərin əksəriyyətinə ziyan dəyib.

Bəzi evlər isə tam yaşayış üçün yararsız vəziyyətə düşüb. Kənd bələdiyyəsindən bildirdilər ki, həmin evlərin sakinləri müvəqqəti olaraq yaxınlarının yanında yerləşdiriləcək. Həmçinin Qaratorpaq kəndində uşaq bağçası və seçki məntəqəsi də yararsız vəziyyətə düşüb. Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov da hadisə yerində olub. İcra başçısı ziyan dəyən evlərə baxış keçirib. Zərər çəkən evlər qeydiyyata alınıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.