Cəmiyyət

Şagirdini ölümdən öz həyatı bahasına qurtaran müəllimə ev tikildi

3 Sentyabr 2015 19:29
6 Şərh     Baxış: 3 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şagirdini çayda batmaqdan xilas edərkən özü həlak olan müəllim Əhliman Hüseynovun ailəsi üçün Təhsil Nazirliyinin təşəbbüsü ilə ev tikilib.

Virtualaz.org saytı xəbər verir ki, 100  kvadratmetrlik evdə hər cür şərait yaradılıb.

Qeyd edək ki, hadisə ötən il dekabrın 5-də baş vermişdi. Sabirabadın Cavad kəndində yaşamış Əhliman Hüseynov öz şəxsi avtomobili ilə işə gedərkən idarəetməni itirmiş və Kür çayı üstündəki körpüdən maşınqarışıq çaya düşmüşdü.  Maşında onun qonşusu - hər gün məktəbə aparıb-gətirdiyi 9 yaşlı Güldəstə Hüseynova da olub. Qızcığaz Ə.Hüseynovun və Dəyanət Şıxəliyev adlı gəncin səyləri ilə xilas edilsə də müəllim suda boğulub ölmüşdü.

Müəllimin ilk dəfə virtualaz.org saytı tərəfindən ictimailəşdirilən bu fədakarlığı Təhsil Nazirliyinin də diqqətindən kənarda qalmamışdı. Təhsil naziri Mikayıl Cabbarov da bu ilin mayında "Son zəng" günü qəhrəman müəllimin çalışdığı Sabirabad rayonu 5 saylı orta məktəbdə olmuşdu.

Nazir mərhum Əhliman Hüseynovun yaşadığı kəndə gedərək ailəsi ilə də görüşmüşdü. Bundan sonra ailənin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nazirliyin təşəbbüsü ilə onun ailəsinə yeni ev tikilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.