Cəmiyyət

Estetik və "Anti-Age" Təbabət üzrə II Azərbaycan Konqresi keçiriləcək

3 Sentyabr 2015 17:59
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015-ci il oktyabrın 1-2-də Bakının "Boulevard Hotel" mehmanxanasında Estetik və "Anti-Age" Təbabət üzrə II Azərbaycan Konqresi (AAAMC-2015) keçiriləcək.

Konqresin təşkilatçısı "BeautyAesthetics" milli multibrend şirkətidir. Şirkət maarifləndirmə fəaliyyəti üzrə lider olaraq müntəzəm şəkildə aylıq praktik konfranslar, kosmetologiya və trixologiya üzrə tədris seminarları, eyni zamanda, dünyanın məşhur kosmetoloqlarının rəhbərliyi altında ustad dərsləri keçirir.

Konqres Azərbaycan Milli Onkologiya Mərkəzinin və Fransanın İMCAS şirkətinin dəstəyi ilə keçiriləcəkdir. 21 il ərzində İMCAS cavanlaşma və dərinini yaşlanmasının qarşısının alınmasına həsr edilmiş ən vacib beynəlxalq kurslardan biri olmuşdur. Beynəlxalq estetik təbabət seqmentinin həyatında ən önəmli hadisələrdən biri olan bu konqresə planetin kosmetologiya dünyasının ALLERQAN, GALDERMA, FİLORGA, Martinex, MASTELLİ və s. kimi lider şirkətləri sponsorluq edirlər.

Konqresin Elm Komitəsinə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun dermatolgiya kafedrasının müdiri, tibb elmləri doktoru Sənan Kərimov rəhbərlik edir.

Konqresin iştirakçıları Berhar Mol, Frederik Bern, Benjamin Aşer, Alyona Mayorova kimi nüfuzlu beynəlxalq spikerlərin şəxsi təcrübələrini görmək və öyrənmək imkanı əldə edəcəklər. Bundan əlavə, tədbirdə Ukrayna, Rusiya,Fransa, İspaniya, İtaliya, Gürcüstan, Türkiyə, Yunanıstan, Qazaxıstan və İsveçdən olan spikerlər də iştirak edəcəklər.

Konqres təşkilatçıları iştirakçılara fərdi şəkildə yanaşacaq, onları parlaq və aktual mühazirələr, səmərəli ustad dərsləri , eləcə də əla səviyyəli xidmətlə təmin edəcəklər. Konqresə 500-dən artıq nümayəndənin qatılacağı gözlənilir. Estetik və Anti-Age Təbabət üzrə II Azərbaycan Konqresinin ( AAAMC-2015) sonunda iştirakçıların bir qrupuna 15 nominasiya üzrə "ART OF BEAUTY" mükafatının təqdim ediləcəyi möhtəşəm Qala-Axşam keçiriləcəkdir. Qonaqlar ölkəmizin ən yaxşı konsert salonlarının birində Azərbaycan estrada ustalarının təkrarsız ifaları altında ən ləziz milli təəamlardan dadacaqlar.

Bütün bunlar haqqında konqresin rəsmi www.aaamc.az saytından ətraflı məlumat ala bilərsiniz.

İnformasiya dəstəyi: Trend, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.