Cəmiyyət

Bakıda polis maşını qəzaya uğradı

3 Sentyabr 2015 15:17
0 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda polis maşını qəzaya düşüb. 

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İzmir küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri - Vəfa Paşayevanın idarə etdiyi "Mercedes", Nurəddin Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobillər Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı Eldəniz Kərimovun idarə etdiyi "Volkswagen" markalı, 10 AP 939 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.