Cəmiyyət

Qubada balqabaq görənləri heyrətləndirdi - FOTOSESSİYA

3 Sentyabr 2015 15:26
8 Şərh     Baxış: 2 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonu, Zərqova kəndində ümumi çəkisi 49 kiloqram olan balqabaq yetişdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qeyri-adi təbiət hadisəsi kənd sakini Nadir Qədimovun həyətyanı sahəsində baş verib. Belə ki, onun sahəsində çəkisi 49 kq olan balqabaq yetişib. İlk dəfə belə hadisə ilə qarşılaşdığını deyən təsərrüfat sahibi bunu möcüzə adlandırır.

Həmişə olduğu kimi adi balqabaq toxumu əkdiyini deyən N.Qədimov tağlara qulluq zamanı tərəvəzin sürətlə böyüdüyünü müşahidə edib. N.Qədimovun sözlərinə görə, məhsula adi qaydada qulluq edib. Heç bir kimyəvi preparatdan istifadə etməyib. 

49 kiloqram ağırlığında olan balqabağın diametri 1,8 metrdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.