Cəmiyyət

Azərbaycanda ilk dəfə "Erməni dili" adlı tədris vəsaiti nəşr edildi - FOTO

3 Sentyabr 2015 14:42
2 Şərh     Baxış: 6 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin hazırladığı "Erməni dili" adlı tədris vəsaiti nəşr edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədris vəsaitinin müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlı, redaktorları tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Sərlan Həsənov, Söhbət Məmmədov Tahirə Cabbarlıdır.

Vəsait 4 hissədən ibarətdir: Fonetika, Morfologiya, Söz yaradıcılığı və Sintaksis.

Bu kitab Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində, erməni tarixinin orijinal dildə oxunmasında, əsassız erməni iddialarına cavab verilməsində, erməni təbliğatının qarşısının alınmasında, fərqli materialları dövriyyəyə buraxan erməni kütləvi informasiya vasitələrini ifşa etməkdə və Ermənistanın daxili siyasəti haqqında daha geniş məlumat toplamaqda informasiya müharibəsi şəraitində işləyən Azərbaycan mütəxəssisləri üçün yeni imkanlar yaradır.

Erməni dilinin öyrənilməsi erməni tarixinə bələd olmaq, müəyyən məsələlərə aydınlıq gətirmək, hadisələri öyrənmək və dəyərləndirmək baxımından da əhəmiyyətlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.