Cəmiyyət

Yevlaxın tarixi silinir

3 Sentyabr 2015 11:34
0 Şərh     Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax rayonunun Qaramanlı kəndində 19-cu əsrin ortalarında inşa olunan tikilidən əvvəllər məscid kimi istifadə edilib.

Milli.Az El TV-ə ( Region TV) istinadən xəbər verir ki,  Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra həmin məscidin fəaliyyətinə də qadağa qoyulub. Çiy kərpicdən hörülən, üstü torpaqla örtülən tikilidən mağaza kimi istifadə olunub. Həmin vaxtlarda tikili qəzalı vəziyyətə düşüb. Hazırda isə orada yalnız dünyasını dəyişənləri basdırmaq üçün lazım olan alətlər saxlanılır.

Kənd sakini Rəşid Məhərrəmov deyir ki. Tikilini bərpa etmək üçün cəhd göstərilib. Lakin maliyyə çatışmazlığı səbəbindən bu işi başa çatdıra bilməyiblər. Elə indi də Qaramanlı kəndinin sakinləri bu tikilinin yenidən istifadəyə verilməsini və yaxud tarixi abidə kimi qorunmasını istəyirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.