Cəmiyyət

Bakirəliyini satan azərbaycanlı qızla bağlı yeni təfərrüatlar - VİDEO

3 Sentyabr 2015 10:10
46 Şərh     Baxış: 23 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öz bakirəliyini satan azərbaycanlı tələbənin hekayəsinin yeni təfərrüatları məlum olub.

Anspress-in məlumatına görə, qız 3-cü mərtəbənin pəncərəsindən döşək ağları vasitəsi ilə qaçmaq istəyərkən bir anda gücdən düşərək yıxılıb. Hadisə şahidlər vasitəsi ilə kameranın yaddaşına həkk olunub.

Cinayətkar Mixail Dnistryan insan oğurluğu və zorlaması faktı üzrə saxlanılıb. Proses zamanı o qızı öz yaşadığı ölkəyə dəvət etdiyini, ona gəliş bileti aldığını, qarşıladığını və eyni zamanda yaşayış yeri ilə təmin etdiyini bildirib.

Hazırda qız xəstəxanaya yerləşdirilib. Həkimlərin qızın bədənində çoxsaylı sınıq xəsarəti olduğunu deyib. Qız öz adını və eyni zamanda üzünü gizlətmək məcburiyyətindədir.

Tələbə qızın adı məlum olarsa və eyni zamanda, üzü görünərsə, yaxınlarının onu tanıyacağını və varlanmaq ideyasını dəstəkləməyəclərini anlayıb. Belə ki, qız öz bakirəliyinin müqabilində Mixail Dnistryandan 14 min dollar tələb edib.

Zərərçən tələbə qız Azərbaycandan Rusiyaya köçüb. Qız bakirəliyi ilə vidalaşmadan öncə yazılı şəkildə müqavilənin şərtlərini razılaşdırmağı təkilf edib. Müstəntiq Denis Yefimıçev bildirib ki, qız Dnistryanın həmin məbləği ödəyə bilməyindən əmin olmaq üçün bankdan çıxarışı, hesabda kifayət qədər pul vasitələrinin mövcud olub-olmaması haqqında sənəd istəyib. Qızın bu hərəkətinə cavab olaraq şübhəli səhəri gün banka birgə gedəcəklərini və ona çıxarış verəcəyini deyib. 

Xəfiyyələrin araşdırmaları nəticəsində müəyyən olub ki, Dnistryan kağızları dəyişdirib və nəticədə 5 milyon rubl borc qəbzini imzalatdırıb. Şübhəli bildirib ki, o fahişəlik xidməti göstərərək bu məbləği ödəyən bilər. 

Tələbə qız heç kəsə intim xidmət göstərmək niyyətində olmadığını bildirib. Bu zaman hirslənən Dnistryan qızın əlindən sənədlərini alaraq onu döyüb. Zərərçəkən iki gün bağlı qapılar arxasında qalıb. Bundan sonra ona qaçmaq üçün fürsət düşüb. Bu hadisənin şahidi olan insanlar polis çağırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildə axtarış zamanı çoxlu dəlil aşkar ediblər. Mənzildə axtarış zamanı qayışlar və bıçaq tapılıb.

Polis tibbi rəyin verilməsini gözləyir, həkimlər qızın səhhətinə dəyən zərəri qiymətləndirməlidirlər. 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.