Cəmiyyət

Gün var əsrə bərabər: Ötənləri yada salaq

3 Sentyabr 2015 09:49
0 Şərh     Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az anspress-ə istinadən sentyabrın 3-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 03 sentyabr 2015

Hicri: 19 Zilqədə 1436

İlin 246-cı günü
İlin sonuna 119 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.56
Günəş - 07.09
Zöhr - 13.44
Əsr - 17.55
Məğrib - 20.26
İşa - 21.48

1034 - Yaponiya imperatoru Qo-Sanco anadan olub (ö. 1073)

1260 - Ərəblər və məmlüklər arasında Ayn-Cəlut döyüşü baş vermişdir.

1588 - Gəncə qalası tikdirilib.

1683 - Osmanlı ordusu Bağdad səfəri üçün Diyarbəkirə toplanmışdır

1693 - Çarlz Redklif anadan olub - Britaniyalı siyasətçi (ö. 1746)

1783 - Britaniya ABŞ-ın müstəqilliyini tanımışdır

1783 - Qambiya İngiltərənin tabeliyinə keçmişdir

1791 - Fransada ilk konstitusiya qəbul olunmuşdur

1810 - Pol Keyn - Kanada rəssamı (ö. 1871)

1843 - ilk yunan konstitusiyası qəbul olunmuşdur

1859 - Şeyx Şamil Dağıstandan Sankt-Peterburqa gətirilmişdir

1869 - Fritz Preql - sloven kimyaçı, Nobel mükafatı laureatı (ö. 1930)

1869 - İstanbulda yeni nəqliyyat növü - konka istifadəyə verilmişdir

1875 - Ferdinand Porşe anadan olub - avstriyalı avtomobil mühəndisi (ö. 1951)

1897 - Bazeldə beynəlxalq sionist təşkilatının ilk qurultayı keçirilmişdir

1897 - Salli Benson anadan olub - amerikan yazıçısı (ö. 1972)

1899 - Frank Makfaleyn Börnet anadan olub - Avstraliya bioloqu, Fiziologiyada və ya Tibbdə Nobel mükafatçısı (ö. 1985)

1912 - Londonda dünyanın ilk konserv zavodu istifadəyə verilmişdir

1914 - Hərb tarixində ilk dəfə alman sualtı qayığı ingilis gəmisini batırmışdır

1914 - Amerikalı Meri Felips ilk büstqalteri hazırlamışdır, 1915-ci ildə isə onu patentləşdirmişdir

1928 - Aleksandr Fleminq penisillini kəşf etmişdir

1933 - Sovet alpinisti Yevgeni Abalakov Pamirin ən yüksək zirvəsinə - Stalin pikinə (7 495 metr) qalxmışdır

1939 - II Dünya Müharibəsi: ABŞ öz neytrallığını elan etmişdir

1943 - II Dünya Müharibəsi: İtaliya İkinci Dünya Müharibəsində təslim olmuşdur

1944 - II Dünya Müharibəsi: Brüssel faşist qoşunlarından azad edilmişdir

1952 - Türk bayrağı Ağrı dağının zirvəsinə sancılmışdır

1962 - İranda zəlzələ nəticəsində 12 000 nəfər həlak olmuşdur

1967 - İsveçrədə sağtərəfli hərəkətə keçilmişdir

1971 - Qərbi Berlinin statusuna dair SSRİ, ABŞ, Fransa, İngiltərə dördtərəfli sazişi imzalanmışdır

1978 - Viking-2 zondu Marsa enir

1995 - eBay saytı yaranmışdır

1996 - ABŞ İraq hərbi obyektlərinə zərbələr endirmişdir

2000 - Rafik Əl-Həriri Livanın baş naziri seçilmişdir

2004 - Beslanda girovlar azad edilməsi üçün keçirilən xüsusi əməliyyatda 344 nəfər həlak olmuşdur

2008 - Nikaraqua prezidenti Daniel Orteqa Abxaziya və Osetiyanın "müstəqilliyini" tanımışdır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.