Cəmiyyət

Turistlərin yan keçə bilmədikləri gözəl məkanlar...

2 Sentyabr 2015 17:05
0 Şərh     Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay aylarında Gəncənin tarixi memarlıq abidələri yerli və xarici turistlərin diqqət mərkəzində olub. Azərbaycanın, xüsusi ilə də qədim şəhərin tarixini əks etdirən muzey və mərkəzlər bu yay da xeyli sayda ziyarətçi qəbul edib.

Kəpəz TV-nin (Region TV) məlumatına görə, ötən 3 ay ərzində Gəncənin ən çox turist qəbul edən tarixi məkanı Nizami Gəncəvi Məqbərə kompleksi olub. Məqbərəni ümumilikdə 4010 nəfər ziyarət edib. Onlardan 805 nəfərini şagird və tələbələr, 505 nəfərini isə xarici turistlər təşkil edib. Xarici turistlər sırasında, əsasən, Türkiyə, Gürcüstan, Rusiya və İran İslam Respublikasının vətəndaşları təşkil edib. Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi isə ümumilikdə 500-ə yaxın yerli və xarici ziyarətçi qəbul edib. Kompleksə gələn yerli turistlər sırasında Sumqayıt, Lənkəran, Balakən, Quba, Qazax rayonlarının sakinləri üstünlük təşkil edib. Digər mədəniyyət ocaqlarına nisbətən daha gənc olan Məhsəti Mərkəzi də bu yay diqqətdən kənarda qalmayıb.

Zərifə Xasayeva, Məhsəti Gəncəvi Mərkəzinin direktor əvəzi: "Bu yay ərzində, təşkil olunan tədbirlərdə iştirak edənlərlə birlikdə, mərkəz 600-dən çox ziyarətçi qəbul edib. Bunlardan 50-yə yaxını xarici vətəndaş, yerdə qalanı isə yerli vətəndaşlar olub. Muzeydə miniatür obrazlar, heykəltəraşlıq nümunələri, eyni zamanda oxu zalı, elektron kitabxana, milli musiqi alətləri və milli geyimlər sərgisi və bu kimi eksponatlar gələn turistlərin diqqət və marağına səbəb olub".
Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyi isə xüsusən yerli ziyarətçilərin diqqətində olub. 3 ay ərzində muzeyi 174 nəfər ziyarət edib ki, onlardan 164-ü yerli,  10 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.