Cəmiyyət

Ermənilərin yaraladığı 3 yaşlı uşaq: "Həmişə atırlar"

2 Sentyabr 2015 16:40
2 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilərin Tərtər rayonunun Qapanlı kəndində qurulan toy mağarını atəşə tutması nəticəsində yaralanan 3 nəfərdən biri, 3 yaşlı Zəhra Əlizadə ilkin tibbi yardımdan sonra xəstəxanadan evə buraxılıb.

Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, ona ev şəraitində qulluq göstərilir. Valideynləri Zəhrada qorxu hissinin yaranmaması üçün ona təsadüfən atılan bir daşın dəydiyini deyirlər. Amma bu azyaşlı ona həmin zərbənin hansı tərəfdən gəldiyini yaxşı bilir. O, əlini uzadaraq deyir: "Oradan atırlar. Həmişə atırlar".

Zəhra Əlizadə həm də bildirir ki, onu yaralayanlardan qorxmur. Qisası gec-tez alınacaq. 

Xatırladaq ki, ötən gün Tərtərin Qapanlı kəndində toy mağarı ermənilər tərəfindən atəşə tutulub. Hadisə nəticəsində 1967-ci il təvəllüdlü Mədinə Əhmədova, 1963-cü il təvəllüdlü Müşkinaz Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıblar. Onlardan Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Mədinə Əhmədova ilə Zəhra Əlizadə artıq müalicələrini ev şəraitində davam etdirirlər. Müşkinaz Tanrıverdiyeva isə hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədir. O, əməliyyat olunub. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.