Cəmiyyət

700 bal toplayan Asya: "Sosial şəbəkəyə daxil olmurdum, televizora baxmırdım"

2 Sentyabr 2015 15:36
11 Şərh     Baxış: 3 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala rayonu üzrə ən yüksək bal toplayan Asya Mahmudovaya rayonun icra başçısı Mübariz Əhmədzadə maşın hədiyyə edib.

İcra başçısı iki il öncə verdiyi sözü tutaraq, rayon üzrə ən yüksək bal toplayan şagirdə maşın hədiyyə edib.
 
Milli.Az xəbər verir ki, Zaqatala rayonu üzrə ən yüksək balı toplayan Asya Mabudova və atası İdris bəy təəssüratlarını atv.az-la bölüşdülər:

"Müəllimlərimin, valideynlərimin etiadını doğrultmaq üçün çalışırdım".
 
Asya xanımın sözlərinə görə yüksək nəticə əldə etmək üçün aşağı siniflərdən yaxşı oxumaq lazımdır: "Bütün fənnləri oxumağı son iki ilə saxlamaq düzgün deyil. Aşağı siniflərdən dərslərimi yaxşı oxuyurdum. Hazırlığa başlayanda artıq keçilən dərslər mənə görə təkrar idi. Dərslərə aşağı siniflərdən ciddi yanaşmaq lazımdır.
 
Bundan başqa, heç bir sosial şəbəkəyə daxil olmurdum. Ümumiyyətlə, televizora baxmırdım. Bir də, düşünürəm ki, inanmaq çox vacibdir. Mən həm çalışır, həm də Allaha təvəkkül gətirirdim".
 
İdris bəy qızı haqqında fəxrlə danışdı. O deyir: "Müəllimlər həmişə ondan razılıq edirdilər. İmtahan verib 75 % nəticə ilə kursa qəbul oldu. Sınaq imtahanlarında da 700 bal toplayırdı. Amma qəbul imtahanında bu nəticəni göstərəcəyini gözləmirdim".
 
Digər üç qızının da savadlı olduqlarını deyən İdris bəy "Ətrafdan, sinifdən və uşağın düşdüyü mühitdən də çox şey asılıdır", deyə bildirdi.
 
"Asyanın oxuduğu sinif çox güclü idi. Amma ikinci qızımın sinfi zəifdi, buna görə həvəsdən düşüb, 9-cu sinifdən məktəbdən çıxacağını deyir. Çalışıram ki, onu bu fikrindən daşındıram. Evin ən kiçiyi oğlum Abdulladı. Asyadan geri qalmır. Ona filosof deyirəm", - deyə bildirən atanın sevinci yerə-göyə sığmırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.