Cəmiyyət

Azərbaycanın xəbərdarlığına məhəl qoymadı, Xankəndində oğlu ilə konsert verdi

1 Sentyabr 2015 21:18
8 Şərh     Baxış: 3 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyul ayında Dağlıq Qarabağa qanunsuz səfər etməklə rəsmi Bakının etirazına səbəb olan rusiyalı müğənni Lyubov Kazarnovskaya buna məhəl qoymayaraq yenidən Xankəndinə gəlib. Milli.Az modern.az-a istinadən xəbər verir ki, opera müğənnisi ötən gün Xankəndinin mədəniyyət və gənclər sarayında konsert proqramı ilə çıxış edib. Konsert zamanı onu pianoçu Anna Krivçova, skripkaçı Alkesandr Bronveyber müşayiət edib. 

Bundan başqa, italiyalı opera müğənnisi Niukola Uliveri, serbiyalı Vişnya Radoslav də konsertin iştirakçılarından olub. Lyubov Kazarnovskayanın oğlu, Moskva konservatoriyasının təlbəsi olan skripkaçı Andrey Rosçik də Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərdən olub.  

Bu gün isə Xankəndinin mərkəzində Lyubov Kazarnovskyanın bədii rəhbərliyi altında Cüzeppe Verdinin "Rekviem" əsəri tamaşaya qoyulacaq. Tamaşa Ermənistanın birinci xanımı Rita Sarqsyanın təşkilatçılğı ilə baş tutacaq. Konsertə Ermənistan prezidenti Serj Sarkisyan və yerli separatçıların lideri Bako Saakayn da tamaşa edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.