Cəmiyyət

Şeyx: "Bu səfər Azərbaycan tarixində qalacaq"

1 Sentyabr 2015 15:47
4 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) QMİ-nin dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi, mərceyi-təqlid alimi, Ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədaninin iştirakı ilə konfrans keçirilib.

Trend xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bir müctəhidin Azərbaycana gəlişi bizim tariximizdə bizə nəsib olmayan bir nemətdir:

"Hələ Azərbaycan torpağına ayətullah-üzma, müctəhid gəlməyib. Sovet dövründə biz onları oğrun-oğrun öyrənərdik. Amma bir müctəhid bizim dövrümüzdə gəlsin, bizləri ziyarət etsin, olmamışıdı. Bu gün bizə böyük nemət qismət olub. Müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycana müctəhid, ayətullah-üzma gəlib. 92 yaşı olmasına baxmayaraq, böyük əziyyət çəkərək Azərbaycana gəlib. Bu səfər Azərbaycan tarixində qalacaq. Bu, bir yol oldu, cığır oldu. Onu Şeyx Həmədani açdı. Arzu edirəm ki, bundan sonra digər müctəhidlər də Azərbaycana gələcəklər".

Şeyxulislam Azərbaycan və İran arasında münasibətlərin daha da inkişaf etməsini istədiyini deyib.

Şeyx Həmədani haqqında qısa məlumat verən QMİ sədrinin sözlərinə görə, o, İranda Xomeynidən sonra şahın hakimiyyətdən getməsində xidməti olan şəxslərdən biridir. Şeyx Həmədani vətənindən dəfələrlə uzaqlaşdırılıb, amma əqidəsindən əl çəkməyib: "O, birinci müctəhiddir ki, Azərbaycanda Qarabağ şəhidlərinin ruhuna, Qarabağ torpaqlarının azad olunması üçün dualar edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.