Cəmiyyət

İranlı müctəhid Bakıda şəhidlərin məzarını ziyarət etdi - FOTO

31 Avqust 2015 18:39
Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədani Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə birgə Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Şeyx Həmədani şəhid olanların ruhuna dua oxuyub. Sonra şəhərin mənzərəsinə baxıb.

Qeyd edək ki, Ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədani QMİ-nin dəvəti ilə Azərbaycanda səfərdədir.

Azərbaycan və İran arasında dini-mənəvi əlaqələrin inkişafına töhfə olacağı gözlənilən səfər çərçivəsində onun Bakı şəhərində və bölgələrdə - Şamaxı və Gəncədə bir sıra görüşləri nəzərdə tutulub.

Şeyx Bakıda Heydər məscidi, Bibiheybət və Təzə Pir məscidlərini də ziyarət edəcək. İranlı müctəhidin sentyabr 4-dək davam edəcək səfəri çərçivəsində Şamaxıda Cümə məscidi ilə tanış olacağı, Gəncə şəhərində isə Nizami Gəncəvi məqbərəsini, Şah Abbas məscidini və İmamzadə kompleksini ziyarət edəcəyi gözlənilir.

Xatırladaq ki, ilk dəfədir İrandan Azərbaycana müctəhid səfər edir. Mütəxəssislərin fikrincə, Ayətullah Həmədaninin Azərbaycana səfəri iki qonşu ölkə arasında mədəni-dini əlaqələrin inkişafına təkan verəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.