Cəmiyyət

Yağış yağacaq - PROQNOZ

31 Avqust 2015 17:35
25 Şərh     Baxış: 3 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 24-28° isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx və Sahildə 24-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 24-29° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam yağış tədricən kəsiləcək. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 23-28° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı rayonlarda yağış tədricən kəsiləcək. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 24-29° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.