Cəmiyyət

Məktəb ləvazimatlarının qiyməti artıb - VİDEO

31 Avqust 2015 17:17
0 Şərh     Baxış: 2 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq növbəti dərs ilinin başlanmasına 15 gün qalıb. Valideynlər övladlarını məktəbə hazırlamaq üçün məktəb ləvazimatları satılan dükanlara üz tuturlar. Onlar ötən illə müqayisədə bu il qiymətlərin dəyişdiyini deyirlər. Satıcılar da qiymətlərin dəyişdiyini etiraf edirlər.

RTV (Region TV) xəbər verir ki, dükanlarda ən çox tələbat dəftər və qələmədir. Dəftərlərin qiyməti vərəq sayından asılı olaraq dəyişir. Belə ki, 100 vərəqli ümumi dəftər 0.50 qəpiyə təklif olunur. 60, 40, 20 vərəqli dəftərlər isə müvafiq olaraq 0.30, 0.20, 0.15 qəpikdir.

Diyircəkli qələmlərin qiyməti 0.10 qəpikdən başlayır. Plastilinin isə ən ucuzu 0.70 qəpik, ən bahalısı 6 manatdır. Pozanların qiyməti 0.10-0.80 qəpik, qələm çərtənlər isə 0.10-1.20 qəpik arasında dəyişir. Məktəbli çantalarının qiyməti isə 2 manatdan başlayır. Türkiyə istehsalı olan çantaların ən ucuzu 8 manat, ən bahalı çanta isə 65 manata təklif olunur. 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.