Cəmiyyət

Tovuzda tunc dövrünə aid qəbirlər tapılıb - FOTO

31 Avqust 2015 15:26
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzda qeyri-adi baltalar, gildən olan qadın fiqurları, qədim insanların məişətdə istifadə etdiyi kəsici alətlər və tunc dövrünə aid qəbirlər tapılıb.

Bu maddi mədəniyyət nümünələri rayonun Aşağı Quşçu kəndi ərazisidə yerləşən Göytəpə qədim yaşayış məskənində aparılan arxeloji qazıntılar zamanı üzə çıxıb. 7 ildir ərazidə qazıntı işi aparan arxeloji ekspedisiya qrupunun üzvləri burada çiy kərpicdən tikilən komplekslər, bir-birinə bağlı olan yaşayış evləri, çıxıntılı divarlar, ocaq yerləri və digər tikililər də aşkarlayıblar.

Bununla da Azərbaycanda 8 min il bundan əvvəl neolit dövründə təşkil olunmuş erkən kəndlərin mövcudluğu faktiki dəlillərlə təsdiq edilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.