Cəmiyyət

Bakıda avtobus marşrutlarının dəyişdirilməsi təxirə salınıb - YENİLƏNİB

31 Avqust 2015 21:33
43 Şərh     Baxış: 18 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:33

1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, bu barədə "Baku Bus" MMC-dən bildirilib.
 
Belə ki, 1 saylı marşrut avtobusu sabahdan deyil, təqribən 6-7 gün sonra fəaliyyətə başlayacaq. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.
 
Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.

--------

14:49

Bakıda mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunur.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, sentyabrın 1-dən "Baku-Bus" MMC-nin 1 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunur.

1 saylı marşrut avtobusunun hərəkət cədvəli:

"Koroğlu" metro stansiyası - Heydər Əliyev prospekti - "28 May" metro stansiyası istiqamətində olacaq.

Hərəkət cədvəlində dəyişiklik edilən:

11 nömrəli marşrutun əvvəlki xətti:

Sadıqcan küçəsi - "H.Aslanov" metro stansiyasından Q.Qarayev pr. ilə "Koroğlu" metro stansiyasına - Heydər Əliyev prospekti - Xətai pr. - Süleymanov küç. - Azadlıq pr. - S.Rəhimov küç. (son)

Yeni xətlə:

"H.Aslanov" metro stansiyasından Q.Qarayev pr. ilə "Koroğlu" metro stansiyası - Ziya Bünyadov pr. - Ə.Rəcəbli küç. - Ak.H.Əliyev küç. - "Gənclik" metro stansyası - Ağaoğlu küç. - Xətai pr. (son) olmaqla əvəz olunub.

38 nömrəli marşrutun əvvəlki xətti:

Keşlə qəs. - H.Əliyev pr. - "Koroğlu" metro stansiyası - Heydər Əliyev prospekti - A.Nemətulla küç. - "N.Nərimanov" metro stansiyası - F.Xoyski küç. - S.Vurğun küç.

Yeni xətlə: - Keşlə qəs. - H.Əliyev pr. - "Şəfa" stadionu - M.Nərimanov küç. (tunel) - "Ulduz" metro stansiyası - Heydər Əliyev prospekti - A. Nemətulla küç. və sonra mövcud xətti ilə əvəz olunub.

136 nömrəli marşrutun əvvəlki xətti:

S.Vurğun bağı - Neftçilər pr. - Yusif Səfərov küç. - Heydər Əliyev pr. - "Koroğlu" metro stansiyası - Heydər Əliyev pr. - Mərdəkan qəsəbəsi - Şüvəlan Şimal DRESS.

Yeni xətlə: "Qara Qarayev" metro stansiyası - "Koroğlu" metro stansiyası - Heydər Əliyev prospekti - Mərdəkan qəs. - Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunub.

184 nömrəli marşrutun əvvəlki xətti:

Suraxanı qəs. - Heydər Əliyev pr. - "Koroğlu metro stansiyası - Heydər Əliyev pr. - Həsənoğlu küç. - "N.Nərimanov" metro stansiyası.

Yeni xətlə: - Suraxanı qəs. - Heydər Əliyev pr. - "Koroğlu" metro stansiyası da daxil olmaqla əvəz olunub.

100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıyıcısının xidmətinə verilib. Dəyişiklik sentyabrın 1-dən qüvvəyə minir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.