Cəmiyyət

Erməni ermənini azərbaycanlı bilib güllələdi

30 Avqust 2015 21:48
16 Şərh     Baxış: 3 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Tavuş vilayətində qeyri-adi hadisə baş verib.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Tavuş vilayətində yerli sakinlərdən biri tanımadığı adamı azərbaycanlı bilərək güllələyib. Buna görə də atəş açan şəxs Tsaxkavan kəndinin sakini - Alik qətl törətməyə çalışmaqda ittiham edilir.

Məlumata görə, ittiham aktında qeyd olunur ki, A.Alik bu il yanvarın 4-də saat 22 radələrində yolda tanımadığı adamla rastlaşıb. Sonradan məlum olub ki, bu, 49 yaşlı O.Viktordur.

Nabələd şəxs A.Aliklə ünsiyyətə girmək istəməyib və onunla naməlum dildə danışıb.

A.Alik isə bundan belə nəticə çıxarıb ki, həmin şəxs Azərbaycandan gəlib. Və buna görə də ov tüfəngindən ona atəş açıb.

A.Alik barədə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.