Cəmiyyət

"Ledi Qaqa" Şəkidə səhnəyə bu geyimdə çıxdı - FOTO

29 Avqust 2015 23:04
17 Şərh     Baxış: 10 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IV Beynəlxalq Qafqaz Moto Festivalın bağlanış mərasimi "Beatles" qrupu və "Ledi Qaqa"nın tribute-larının coşduran çıxışları ilə davam edir.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, festival boyu keçirilən müsabiqələrdə qalib gələn baykerlər mükafatlandırıldıqdan sonra səhnə "Beatles" qrupu və "Ledi Qaqa"nın tribute-larının ixtiyarına verilib.

Bağlanış mərasiminə toplaşan yerli sakinlər və turistlər əsl bayram əhval ruhiyyəsindədir. Tribute-ların coşduran çıxışları hər kəsi ayağa qaldırıb.

"Ledi Qaqa" səhnəyə qara, tül geyimdə çıxıb.

Mərasim iştirakçıları, baykerlər - hər kəs ayaq üstdə muqisi sədaları altında rəqs edir, əylənir. Gecəyə damğanı isə "Natiq" ritm qrupu vuracaq.

Qafqazın dördüncü beynləxlaq festivalının sonuncu günü - bağlanış bu günü Milli Qəhrəman Çingiz Mustafayevin ad gününə təsadüf edir.

Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalına dünən start verilib. Möhtəşəm CAUCASUS MOTO FESTi-nin rəsmi açılışı mərasimi Şəki Olimpiya Kompleksində baş tutub.

Qədim Şəki şəhəri həm xarici, həm də paytaxtdan gedən qonaqları ən yüksək səviyyədə qəbul edib. Festivalın ilk günü CMF sərgi və yarmarkasının açılışı olub. Açılış mərasimində "Elvis Presli", "Kiss" qruplarının tributeları çıxışları ilə şəkililərə və turistlərə unudalmaz anlar yaşadıblar.

Zəngin və rəngarəng proqramlı Moto festivalın açılışı Milli qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir.

Festivalda ötən il olduğu kimi bu dəfə də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şoularla start götürüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.