Cəmiyyət

Seçki marafonuna start verildi

29 Avqust 2015 15:17
0 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə seçkiləri təyin etməsindən sonra Mərkəzi Seçki Komissiyası dərhal qanuna uyğun addımlar atmağa başlayıb. Trend-in məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, iclasın gündəliyinə daxil edilən sənədlər seçkilər üçün mühüm əhəmiyyət kəsb edir.

Daha sonra sənədlərin müzakirəsinə başlanılıb. Gündəliyə "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclsinə seçkilərin hazırlanıb keçirilməsi üzrə hərəkət və tədbirlərin Təqvim Planı"nın təsdiq edilməsi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması və imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələləri daxil edilib.

Təqvim planına əsasən Milli Məclis üzvlüyünə deputatlığa namizədliklərin irəli sürülməsinə artıq start verilib.

Müzakirələrdən sonra sənədlər MSK üzvləri tərəfindən qəbul edilib.

Təqvim Planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si, saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanılır, 31 oktyabr saat 08:00-da isə təşviqat dayandırılır.

Seçkilərin müşahidə prosesi ilə bağlı sənədlər oktyabr 22-dən MSK-ya tədqim edilməlidir. Dairələr ərazisinə sənədlər DSK-ya səsvermə gününə beş gün qalanadək təqdim edilməlidir. Seçki komissiyalarının iclaslarının müşahidəsi prosesi oktyabrın 22-nə kimi olacaq.

Seçkiqabağı təşviqatın aparılması səsverməyə 23 gün qalmış başlanılır. Bu proses oktyabrın 9-da başlayıb 30-da bitəcək. Seçki məntəqələrində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi oktyabrın 2-dək başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.