Cəmiyyət

Azərbaycanda su oddan niyə baha oldu?

29 Avqust 2015 15:28
Baxış: 1 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hamının başı dolların qiymətinin qalxmasına, neftin qiymətinin düşməsinə və manatın devalvasiyasına qarışıb. Ancaq suyun od qiymətindən də baha olmasının heç kim fərqində deyil. Doğru anladınız, məhz od qiyməti. Çünki ölkəmizdə odu yaradan benzinin bir litrinin qiyməti cəmi 70 qəpik olduğu halda, "Borjomi" sularının qiyməti 1,3 manatadır. Hələ bazardakı "Borjomi"lərin nə qədər orijinal olduğu da şübhə altındadır.

5-6 ay öncəyə qədər plastik butulkada olan "Borjomi" suları 90 qəpiyə satılırdısa, bu gün qiymət 1,3 manatdır. Birdən-birə suyun qiymətinin od qiymətindən də yüksəyə sıçramasının iqtisadi əsası varmı? Yoxsa bəzi işbazlar fürsətcillik edib qiymət artırırlar?

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, son vaxtlar istehlak bazarında ümumən qiymətlərin yüksəlməsi müşahidə olunur.

"DSK-nin sonuncu məlumatına əsasən, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,9 faiz, xidmət tarifləri isə 1,2 faiz artmışdır. Yəni, bahalaşma labüddür", - o əlavə edib.

Ekspertin sözlərinə görə, ilin əvvəlində Mərkəzi Bankın devalvasiya qərarından sonra idxal məhsullarının bahalaşmasının qarşısı alınmışdı. Lakin bu, tədricən özünü göstərməli idi. Əsas odur ki, tendensiya nəzarətdədir.

"Bununla belə, növbəti devalvasiya gözləntisi bəzi məhsullar üzrə bahalaşmanı nəzarətdən çıxmağa sövq edir. Qeyd olunan hal da məhz bunun təzahürüdür", - deyə Pərviz Heydərov əlavə edib.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.