Cəmiyyət

Azərbaycanlı qadın İğdırda "bomba həyəcanı" yaşatdı

28 Avqust 2015 18:48
0 Şərh     Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən azərbaycanlı qadın Türkiyənin İğdır şəhərində polislərə həyəcan yaşadıb.

Oxu.az "Haberler.com" saytına istinadla xəbər verir ki, azərbaycanlı qadın polis bölməsinin yaxınlığında yerləşən beton baryerlərin yanına çemodanını qoyub. 

Çemodanı görən polis əməkdaşları çemodanda partlayıcı qurğunun olmasından ehtiyatlanaraq əməliyyat keçiriblər. 

Polis yolu bağlayıb və çemodanı partlatmaq üçün əməliyyata başlayıblar. Elə bu zaman hadisə yerinə gələn azərbaycanlı qadın çemodanını su almaq üçün mağazaya getdiyindən həmin yerdə qoyduğunu bildirib.

Çemodan qadına təhvil veriləndən sonra yol avtomobillərin hərəkəti üçün açılıb. 

Qeyd edək ki, son zamanlar antiterror əməliyyatları ilə bağlı İğdırda jandarma və polis bölmələrinin yerləşdiyi binaların ətrafına beton baryerlər yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.