Cəmiyyət

İranın tanınmış din xadimi Azərbaycana gəlir

28 Avqust 2015 17:25
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dəvəti ilə 31 avqust - 4 sentyabr 2015-ci il tarixlərində İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda səfərdə olacaq.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və İran arasında dini-mənəvi əlaqələrin inkişafına töhfə olacağı gözlənilən səfər çərçivəsində onun Bakı şəhərində və bölgələrdə - Şamaxı və Gəncədə bir sıra görüşləri nəzərdə tutulub.

Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Bakıda Şəhidlər Xiyabanı, Heydər məscidi, Bibi-Heybət və Təzə-Pir məscidlərini ziyarət edəcək, Şamaxıda Cümə məscidi ilə tanış olacaq, Gəncə şəhərində isə Nizami Gəncəvi məqbərəsini, Şah Abbas məscidini və İmamzadə kompleksini ziyarət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.