Cəmiyyət

Mahal İsmayıloğlu vəfat etdi

28 Avqust 2015 14:43
1 Şərh     Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.

Bu barədə APA-ya M. İsmayıloğlunun qızı Ayan Sadıqlı məlumat verib. Onun sözlərinə görə, jurnalist dializ üçün bu gün Respublika Klinik Xəstəxanasına yerləşdirilib: "Səhər saatlarında xəstəxanaya yerləşdirdik, dializ qəbul edirdi. Dializin bitməsinə beş dəqiqə qalmış komaya düşdü, həyatını xilas etmək mümkün olmadı".

A.Sadıqlı əlavə edib ki, M.İsmayıloğlu sabah dəfn olunacaq. Dəfn yeri və vida mərasiminin keçiriləcəyi məkan dəqiqləşdirilir.

Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1982-1984- ci illərdə İrəvanda nəşr olunan "Sovet Ermənistanı" qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor işləyib. 1990-cı ilin avqustundan Azərbaycanda ilk azad mətbu orqanlardan olan "Aydınlıq" qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək "Xalq qəzeti"nin baş redaktoru olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.